Yazıçı Bıkov beyin infarktı keçirib

yazici-bikov-beyin-infarkti-kecirib
Oxunma sayı: 867

Moskvada xəstəxanaya yerləşdirilən rusiyalı yazıçı-şair Dmitri Bıkova diaqnoz qoyulub.

“Qafqazinfo”nun “TASS”a istinadən xəbərinə görə, Ufa xəstəxanasının həkimləri yazıçıda beyin infarktının gerçəkləşdiyini müəyyən ediblər.

Hazırda komada olan Bıkovun vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, aprelin 16-da Ufaya uçan D. Bıkovun səhhəti təyyarədə qəflətən pisləşib. O, bir gün sonra Ufada xəstəxanaya yeləşdirilib. Lakin həkimlər onun Moskvaya göndərilməsinə qərar veriblər.