Yazıçı Bıkov komaya düşdü

yazici-bikov-komaya-dusdu
Oxunma sayı: 1255

Rusiyalı yazıçı-şair Dmitri Bıkov Başqırdıstanın paytaxtı Ufa şəhərində xəstəxanalardan birinin neyroreanimasiya şöbəsinə yerləşdirilib.

“Qafqazinfo”nun “Komsomolskaya pravda”ya istinadən xəbərinə görə, o, insult şübhəsi ilə təcili xəstəxanaya aparılıb. 

Hazırda yazıçı koma vəziyyətindədir, ona dəqiq diaqnoz qoyulmayıb. 

Qeyd edək ki, D. Bıkov “İyun”, “Evakuator” və digər kitabların müəllifidir.