Yazıçılar Birliyi mükafat təsis etdi - 2 min pul verəcəklər

yazicilar-birliyi-mukafat-tesis-etdi-2-min-pul-verecekler
Oxunma sayı: 803

“Qafqazinfo” xəbər verir ki, mükafatlar aşağıdakı kimidir:

l. Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatı.
2. Ən yaxşı poetik əsərə görə – Əli Kərim mükafatı.
3. Ən yaxşı tənqid və esseistik əsərə görə – Yaşar Qarayev mükafatı.
4. Ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatı.
5. Ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə – Nəcəf Nəcəfov mükafatı.

Mükafatların hər birinin dəyəri 2000 (iki min) manat müəyyən edilir.

Azərbaycan Yazıçılar Birliyinin mükafatları iki ildə bir dəfə (2013-cü ildən başlayaraq) son iki ildə yaranmış ən yaxşı əsərlərə verilir.
Əsərlər kitab formasında (əlyazma şəklində və elektron variantda qəbul edilmir) Bakı şəhəri S.Rüstəm küç.,25 ünvanında yerləşən Bakı Slavyan Universitetinin “Tərcümə problemləri” elmi-tədqiqat problemləri laboratoriyasına 31 dekabr 2012-ci il tarixinə qədər təqdim olunmalıdır.

Təqdim edilməlidir:
1. Əsər (3 nüsxə).
2. Qısa ədəbi bioqrafiya.

Hər müəllif yalnız bir nominasiya üzrə əsər təqdim edə bilər.
Mükafatlar Novruz bayramı ərəfəsində – ilaxır çərşənbə günündə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təqdim ediləcək.