Yazıçının oğluna hökm oxundu - 9 il

yazicinin-ogluna-hokm-oxundu
Oxunma sayı: 653

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Ə.Kərimzadə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əziz Kərimzadə tanınmış yazıçı Fərman Kərimzadənin oğludur.

Murad Əhməd