“Yazırlar ki, qardaşı komadadır, özü əylənir”

yazirlar-ki-qardasi-komadadir-ozu-eylenir
Oxunma sayı: 3638

Müğənni Ayan Babakişiyeva tənqidlərə məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Ayanın rəqs edərək əylənən videolarını instaqramda yayması olub. 

Sosial şəbəkə izləyiciləri qardaşı yeni qəza keçirən ifaçının bu addımını birmənalı qarşılamayıblar. Sənətçi isə hesabında qardaşı Samirin fotosunu paylaşaraq tənqidlərə cavab verib:

“Canım əkizim, yavaş-yavaş ayağa qalxırsan. Əzizlərim, qardaşım qəzadan sonra komada olmayıb. Sadəcə olaraq çox ağır qəza olub və ölümdən dönüb. Şükür ki, Allah Samirimizi bizə bağışladı. Yazmayın ki, qardaşın komadadır, sən əylənirsən. Dünən mənə ən doğma insanın, uşaqlıqdan böyütdüyüm Elmarın məclisi idi”.