“Yazırlar ki, üçüncü dəfə ərə getdim”

yazirlar-ki-ucuncu-defe-ere-getdim
Oxunma sayı: 2899


“Qafqazinfo”nun məlumatına görə, bu sözləri “Günəbaxan” verilişinin qonağı olan aktrisa Vəfa Zeynalova bildirb: 

“Mən şou-biznesdə deyiləm. Bir ilə yaxındır ki, başqa mövzuda heç bir jurnalistə açıqlama vermirəm. Adımdan açıqlamalar, müsahibələr yayımlayırlar. Eşidib-görəndə dəhşətə gəlirəm.  Yazırlar ki, boşandım, yenidən ana oldum, üçüncü dəfə ərə getdim. Mən bir dəfə ailə qurmuşam. Ailəmlə xoşbəxt yaşayıram, iki qızım var, həyatımda hər şey superdi. Mənim həyatıma qarışmasınlar, sənətimdən sual versinlər. Jurnalistlərin bizim həyatımızda böyük rolu var. Onlar olmasaydı, biz bu qədər tanınmazdıq. Onlardan xahiş və tələb edirəm ki, hər zaman məlumatı düzgün çatdırsınlar”.