Yeddi saat ac-susuz prezidenti gözlədilər - - 3 nəfər istidən öldü

yeddi-saat-ac-susuz-prezidenti-gozlediler-
Oxunma sayı: 3532


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 7 saat ölkə başçısı Qurbanqulu Berdimuhammedovun iştirak edəcəyi təntənəli mərasimin başlayacağı stadionda gözləməli olan 10 nəfər xəstəxanaya yerləşdirilib. Aralarında uşaq olmaqla isə üç nəfər ölüb. 

Havanın temperaturunun həmin gün 40 dərəcədən yüksək olduğu bildirilir. İnsanlara stadionun açılışı üçün səhər saat 5-dən orada olmaq tapşırılıb, Berdimuhammedov isə saat 11:45-də gəlib. Bütün bu vaxt ərzində isə uşaqdan böyüyə qədər hər kəs onu ayaqüstə gözləyib. Məlumata görə, onlara su içmək, yemək yemək və tualetə getməyə icazə verilməyib. 

“Qafqazinfo”