Yeddinci mərtəbədən yıxılan fəhlə sağ qaldı

Yeddinci mərtəbədən yıxılan fəhlə sağ qaldı
Oxunma sayı: 1465

Bakıda fəhlə 20-25 metr hündürlükdən yıxılıb.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Cəfərov Vahid Mahmudağa oğlu Binəqədi rayonu İbrahimpaşa kücəsi 94 ünvanındakı binanın fasadını rəngləyərkən hündürlükdən yıxılıb.

51 yaşlı kişi binanın 7-ci mərtəbəsində, təxminən 20-25 metr hündürlükdə olarkən konstruksiya nöqsanı səbəbindən ayağının altındakı döşəmə sürüşüb. O, hündürlükdən yerə yıxılıb və ağır vəziyyətdə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
 
V.Cəfərovun hazırda koma vəziyyətində olduğu bildirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi