“Yeganə müğənniyəm ki, sponsorum olmayıb”

yegane-mugenniyem-ki-sponsorum-olmayib
Oxunma sayı: 3045


“Qafqazinfo”nun məlumatına görə, doğum gününü ATV kanalının “Gün keçir” proqramında keçirən M. İsgəndərli veriliş boyu sənətə gəlişindən danışıb, daim qalmaqallardan uzaq olduğunu bildirib. Aparıcı Nanə Ağamalıyevanın “Sizin heç sponsorunuz olubmu?” sualına, M. İsgəndərli belə cavab verib: “Bəlkə də yeganə müğənniyəm ki, mənim sponsorum olmayıb. Bu sənətdə hər şeyə özüm nail olmuşam. Bu günə qədər 500 mahnı yazdırmışam, hamısı da öz sayəmdə”. 

Qeyd edək ki, Mətanət İsgəndərlinin oğlu Kərim də anası ilə eyni gündə dünyaya gəlib.


Nigar