“Yeganə”də kütləvi şəkildə zəhərlənənlər necədir?

“Yeganə”də kütləvi şəkildə zəhərlənənlər necədir?
Oxunma sayı: 3116

Dünən Şirvan şəhərində toyda zəhərlənənlərin hamısı evə buraxılıb.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, “Yeganə” şadlıq sarayında baş tutan toy mərasimində aş gətirilərkən havaya atılan pirotexniki vasitə keyfiyyətsiz olduğundan insanlara pis təsir edib. 

İlk olaraq 9 nəfər xəstəxanaya müraciət edib, daha sonra isə 11 nəfər də özünü pis hiss etdiyini bildirərək tibb müəssisəsinə üz tutub. 

Onların hər biri müayinə olunub, yalnız 9 nəfərdə yüngül zəhərlənmə halı aşkarlanıb. İlkin tibbi yardım göstərildikdən sonra müraciət edən 20 nəfərin hamısı gecə saat 00:30-dək evə buraxılıb, onların vəziyyəti normaldır.

Xəstəxanadakı mənbə bildirib ki, ilk 9 nəfər müraciət edəndən sonra restoran rəhbərliyinin zəhərlənən şəxslərə kompensasiya verəcəyi haqda məlumat yayılıb. Daha sonra özünü pis hiss etdiyini deyən növbəti 11 nəfər də bura gəlib. Lakin həmin 11 şəxsdə heç bir zəhərlənmə halı aşkar edilməyib. 

Murad Əhməd




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi