Yəhudilərin pulu olmadığını eşidən Putin zarafatından qalmadı

yehudilerin-pulu-olmadigini-esiden-putin-zarafatindan-qalmadi
Oxunma sayı: 6681

Rusiya prezidenti Vladimir Putin yəhudilərlə bağlı zarafat edib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Sevastopolun ravvini Binyamin Volf Putinlə görüşündə sinaqoq tikintisi üçün maliyyə çatışmazlığının olmasından danışıb. O, maliyyə problemlərinə görə sinaqoqun tikintisinin yekunlaşmadığını bildirib.

Bunu eşidən Putin gülərək “Yəhudilərin maliyyə problemi var. Bu da yalnız Krımda mövcud ola bilərdi. Toda Raba (ivrit dilində “çox sağ olun” –red.)” deyib.