Yəhya Musayev Serbiyanın müdafiə nazirinin köməkçisi ilə görüşüb

yehya-musayev-serbiyanin-mudafie-nazirinin-komekcisi-ile-gorusub
Oxunma sayı: 988

Mayın 15-də Minskdə keçirilən “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi çərçivəsində nazir müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Serbiya müdafiə nazirinin maddi ehtiyatlar üzrə köməkçisi Nenad Miliradoviclə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüşdə mövcud əməkdaşlığın davam etdirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar aparılıb.

Nenad Miliradovic “MILEX-2019” sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən nümayiş etdirilən məmulatları böyük maraqla izləyib.