Yəhya peyğəmbərin sümükləri oğurlanıb

yehya-peygemberin-sumukleri-ogurlanib
Oxunma sayı: 710

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bolqarıstanın Sliven şəhərindəki “Müqəddəs Dmitar” kilsəsində saxlanılan Yəhya peyğəmbərin sümüklərinin bir hissəsi oğurlanıb. Mənəvi dəyərə sahib sümüklərin oğurlanması rəsmi dini pravoslavlıq olan Bolqarıstanda etirazlara səbəb olub.

Kilsə mitropoliti Yoanikiyi Şərqi Pravoslav Kilsəsinin bazar günü qeyd edəcəyi Pasxa bayramı ərəfəsində baş verən hadisənin uğursuzluq əlaməti olduğunu deyib. Mitropolit oğrunu sümükləri təhlükəsizlik kameraları olmayan kilsəyə qaytarmağa çağırıb.

Məlumat üçün bildirək ki, Yəhya peyğəmbər Zəkəriyyə peyğəmbərin oğlu olub xristian dünyasında “Vəftizçi Yəhya” kimi tanınır.