“Qafqazinfo”nun məlumatına görə, bu barədə BMT-nin Ermənistandakı daimi koordinatoru Dafina Qerçeve bu gün keçirilən mətbuat konfransında deyib. O, Azərbaycanın da üzvlüklə bağlı bəyanat verdiyini xatırladaraq, yekun qərarın qəbulunda regionda nizama salınmayan münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ məsələsinin lazımi qaydada nəzərə alınacağını vurğulayıb. Qerçeve eyni zamanda, Azərbaycanın münaqişənin nizama salınmasında göstərdiyi səylərin də onun üzvlüyü məsələsinə təsir edə biləcəyini qeyd edib. BMT-nin Dağlıq Qarabağ probleminin həllində vasitəçilik fəaliyyətini daşımadığını, lakin ATƏT-in Minsk qrupunu dəstəklədiyini bildirib.
Səidə