Yəmən bombalandı - 9 ölü, 4 yaralı

yemen-bombalandi
Oxunma sayı: 641

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməni bombalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Hadisə paytaxt Sənadan 173 km şimal-şərqdə yerləşən Marib əyalətində qeydə alınıb. Hücum nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb.

İlkin məlumata görə, təyyarələr Əl-Miseyd rayonundakı yaşayış massivini bombalayıblar.