Yəmən ordusundan xəbərdarlıq - Ərəbistan torpaqları vurulacaq

Yəmən ordusundan xəbərdarlıq
Oxunma sayı: 66

Yəmən ordusunun sözçüsü, general-mayor Əziz Rəşid Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin Yəmənə etdiyi hücumların cavabsız qalmayacağını açıqlayıb.

“Qafqazinfo” Tasnim agentliyinə istinadən xəbər verir ki, Ə.Rəşid koalisiya qüvvələrinin son 18 saatda 42 dəfə Yəmən hücum etdiyini və onlarla vətəndaşın öldüyünü söyləyib:

“BMT Təhlükəsizlik Şurası koalisiya qüvvələri əvəzinə, Yəmənə xəbərdarlıq edib ki, hücumlar dayansın. Bu açıqlama işğalçılara “yaşıl işıq” yandırdı və bazaar günü Saada əyalətində qətliam törətdilər. Həmin hücumda 25 vətəndaş ölüb”.

Əziz Rəşid bunda sonra davam edəcək hücumlara cavab olaraq Ərəbistan torpaqlarının hədəf alınacağını bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi