Yəməndə prezidentə ölüm hökmü verildi - “Dövlətə xəyanət”ə görə

yemende-prezidente-olum-hokmu-verildi
Oxunma sayı: 2240

Yəməndə qiyamçı husilərin “Ənsar” hərəkatının nəzarətində olan Sənada Təhlükəsizlik Məhkəməsi prezidenti Mənsur Hadi barədə ölüm hökmü çıxarıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, Yəmən prezidenti “dövlətə xəyanət”də günahlandırılıb.

M. Hadi ilə bərabər Yəmənin ABŞ-dakı səfiri Əhməd Avadh bin Mübarək, sabiq xarici işlər naziri Riyad Yasin də daxil olmaqla, 6 məmur “işğalçı” Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqda ittiham olunaraq haqlarında ölüm hökmü çıxarılıb.

Bu gün Sənanın Sabin meydanında Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyatlara başlamasının ikinci ildönümü ilə bağlı etiraz aksiyası da keçirilib.