Yəməndə qiyamçılar Səudiyyə qırıcısını vurub

yemende-qiyamcilar-seudiyye-qiricisini-vurub
Oxunma sayı: 639

Yəməndə husi qiyamçıları Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin qırıcısını vurduqlarını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı husilərin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata əsasən qiyamçılar ABŞ istehsalı olan “F-16” qırıcısını vurublar. Təyyarənin heyəti və harada vurulduğu barədə məlumat yoxdur.

İnsident barəsində Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri  şərh verməyib.