Yəməndə xəstəlikdən 2300 adam həlak olub

yemende-xestelikden-2300-adam-helak-olub
Oxunma sayı: 717

BMT son bir ildə Yəməndə xəstəlikdən ölən insanların sayını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, BMT-nin Uşaq Fondunun Yəməndəki ofisi bu barədə tvitterdə yazıb. Məlumatda qeyd edilir ki, son 13 ay ərzində vəba (xolera) 2311 nəfərin həyatına son qoyub. Bildirilir ki, 2017-ci ilin aprel ayından bəri ölkədə  1 milyon 118 min insanın vəbaya yoluxması halı qeydə alınıb. 

Aysel Kərimova