Yəmənə daha bir zərbə

yemene-daha-bir-zerbe
Oxunma sayı: 847

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtı Sana şəhərinə bu gecə hava hücumu həyata keçirib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər  verir ki, Səudiyyə qoşunları Yəmənin Müdafiə Nazirliyinin binasını hədəf alıblar. Zərbənin gücündən ətrafdakı binalar yerlə-yeksan olub.

Xatırladaq ki, keçən həftənin birinci günü isə Yəmən Səudiyyə Ərəbistanına  füzə atmağı planlamışdı, ancaq qarşısı alınmışdı.

Bundan sonra ölkədə korrupsiya böhranı baş verib. 11 kral və 4 nazirlə birlikdə çoxlu sayda adam həbs edilmişdi.