“Yeməyə vaxt tapmıram”- - Emin

yemeye-vaxt-tapmiram-
Oxunma sayı: 4357


 
Müğənni Emin Ağalarov “Nargiz” jurnalının “Anket” rubrikasının qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, iş adamı və müğənni ona ünvanlanan suallara qısa və konkret cavab verib:

Həyat şüarınız...
-Hər zaman irəli getmək. Məqsədlərinə nail olmaq. Yüksək hədəfləri olmaq. 

-Uşaqların tərbiyəsində əsas olan...
-Onlara diqqətdir.

-Ambisiyalı insansız?
-Bəli

-Siz brendomaniyaya məruz qalanlardansız?
-Xeyr. Brendlər müəyyən istiqamət verir, lakin bu, məqsədin özünə çevrilməməlidir. 

-Stilist köməyindən istifadə edirsiz?
-Xeyr. Mən uzun illər fashion bizneslə məşğul olmuşam. Buna görə də özümə güvənirəm. 

-Keçmişə qayıtmaq olar?
-Xeyr, lazım da deyil. 

-Böyük uğurdan məni ayırır...
-Bütün ömür. 

-Sağlam həyat tərzi sürürsüz?
-Həm hə, həm yox. Çoxlu idman, az yuxu. Yeməkdə məhdudiyyət qoymuram, lakin hər zaman yeməyə vaxt tapmıram. 

-Uğursuzluq sizi növbəti işlərə sürükləyir, yoxsa əksinə? 
-Mənim vəziyyətimdə, bəli irəli aparır.

-Memuarınızı nədən başlayardınız?
-İndi nə hiss edirəmsə ondan

-Bəs indi nə hiss edirsiniz?
-Etməyi nəzərdə tutduğum şeylərə zaman çatdıra bilməməyim. 

-Mətbuatdan hər zaman gözlədiyiniz, lakin heç vaxt sizə verilməyən sual hansıdır?
-Mənim ən çox sevdiyim mahnım hansıdır. Mən isə cavab verərədim ki, onu hələ yazmamışam.

-Özünüzü təsvir edin?