“...Yenə də iflasa uğrayacaqlar”

yene-de-iflasa-ugrayacaqlar-
Oxunma sayı: 646

Bunu “Qafqazinfo”ya açıqlamasında KXCP sədirinin müavini Fikrət Cəfərov İctimai Palatanın mitinq qərarına münasibət bildirərkən deyib. O, bildirib ki, əv-vəlcə cəmiyyətin özündə aktivliyi bərpa etmək lazımdır: “Yoxsa yenə də "biz mitinq keçi-ririk, kim istəyir gəlib qoşulsun" kimi yanaşmalar olacaqsa, yenə də iflasa uğrayacaqlar. Bizim təklifimiz odur ki, mitinqlər Demokratiya Uğrunda Müqavimət Hərəkatı, İctimai Pa-lata, AMİP, Lalə Şövkətin başçılıq etdiyi blok və digər partiyaların iştirakı ilə təşkil olun-sun. Mütləq azılaşdırılmış mitinqə getmək, bu rejimin əlindən bütün bəhanələri almaq la-zımdır. Biz razılaşdırılmış aksiya keçirsək, birinci aksiyaya on min gələcəksə, üçüncü ak-siyada bu say 100 minə çatacaq. Bunu birmənalı şəkildə qəbul etmək lazımdır. Bu qədər insanı mitinqə cəlb etdikdən sonra artıq şəhərin mərkızində mitinq keçirmək qaçılmaz olacaq. Razılaşdırılmış mitinqlər sonda bizi aksiyaları şəhərin mərkəzinə təyin etməyə məcbur edəcək. İqtidar da ya bununla razılaşacaq, ya da onun istefası qoyulacaq”.
“Artıq bəzi müxalifət liderləri də bildirirlər ki, hakimiyyətin istefasını qoyub meydanlara çıxmalıyıq” fikrinə gəldikdə F. Cəfərov deyib ki, “artıq meydanlara çıxmalıyıq” deməklə heç nə həll olunmur: “Onlar deyir ki, yetər, xalq meydanlara çıxmalıdır. Mən də deyirəm ki, xalqla bir yerdə meydanda olmaq lazımdır. Onda xalq meydana gələcək. Artıq yeni nəsə kəşf etməyə ehtiyac yoxdur. Kimsə hesab edirsə ki, təzə bir şey deyir, yanılır. Xalq çoxdan bizi meydanda gözləyir. Amma xalq bizim gizlənməyimizi qəbul etmir. Xalq biz-dən cəsarət tələb edir”.