Yenə də jurnalist öldürüldü

yene-de-jurnalist-olduruldu
Oxunma sayı: 633

Jurnalistlər etiraz aksiyalarında çəkiliş apararkən təhlükəsizlik qüvvələri tərəfindən atəşə məruz qalıblar. İğtişaşlar paytaxt Dəməşqdə Bəşər Əsəd tərəfdarlarının nümayişi zamanı baş verib.

Qeyd edək ki, Fransa və Hollandiyadan olan bu jurnalistlər Suriyada iğtişaşlar zamanı öldürülən ilk qərbli jurnalistlərdir. Fransa prezidenti Nikola Sarkozi və xarici işlər naziri Alen Jüpe Suriya rəsmilərindən hadisəni tam işıqlandırmağı tələb ediblər.

Həma şəhərində baş vermiş qarşıdurmalar zamanı isə 13 nəfərin öldürüldüyü bildirilir.

Ərəb Liqası jurnalistlərə qarşı törədilən zorakılıqlara görə, Suriyaya müşahidəçi heyəti göndərməyəcəyini bildirib.

BMT-nin hesablamalarına görə, ötən ilin mart ayından bəri Suriyada iğtişaşlar zamanı 5000-dən çox insan öldürülüb.