Yenə də leş at əti tutuldu

Yenə də leş at əti tutuldu
Oxunma sayı: 2

27 aprel 2017-ci il tarixində Bərdə Rayon Polis Şöbəsi və Bərdə Rayon Baytarlıq İdarəsinin əməkdaşlarının Bərdə rayonu Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi əraziyə baxış keçirilib. Baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilmiş, şaqqalara ayrılmış 1 baş at cəmdəyi və heyvan kəsimi üçün lazım olan ləvazımatlar aşkar olunub.

Dövlət Baytarlıq Xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, ərazidə aşkar edilən ümumi çəkisi 125 kq olan şaqqalara bölünmüş at cəmdəyindən götürülən nümunələr müayinə edilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortus equi) aşkar olunub. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyən edilib.

At cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Bərdə rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq  zərərsizləşdirilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi