Yenə də Messi

yene-de-messi
Oxunma sayı: 647

“Qafqazinfo” xəbər verir ki, “Barselona”nın 25 yaşlı hücumçusu 50 qolla 2011-2012 mövsümünün ən yaxşı bombardiri kimi “Qızıl buts” ilə mükafatlandırılacaq. Barselonada keçirilən tədbir yerli vaxtla saat 13:00-da (Bakı vaxtilə saat 17:00-da) başlayacaq. Messiyə mükafatı əfsanəvi futbolçu Luis Suares təqdim edəcək.

Tədbirdə “Barselona”nın prezidenti Sandro Rossel, klubun bəzi futbolçuları, Lionelin qohumları və yaxınları iştirak edəcək.
Messi bu mükafat uğrunda ilk dəfə 100 xal toplayan futbolçu olmaqla tarixə düşüb.

Qeyd edək ki, Lionel İspaniya çempionatının son turunda karyerasında 300-cü qolu vurmağı ilə əlamətdar olub. Bunlardan 270-nə “Barselona”da, 30-na isə yığmada imza atıb.