Yenə də Zəhra, Əli, Məhəmməd... - Siyahı

yene-de-zehra-eli-mehemmed-siyahi
Oxunma sayı: 654

“Media forum” saytı bildirir ki, populyar 10 qız adı içində dini ənənəyə bağlı 4 ad var: Zəhra (birinci yer), Fatimə (üçüncü yer), Xədicə (altıncı yer), Zeynəb (yeddinci yer).

Oğlan adlarına gəlincə, ən populyar 10 oğlan adının siyahısında dini ənənələrə bağlı 6 ad yer alır. Yusif birinci, Əli ikinci, Hüseyn üçüncü, Məhəmməd dördüncü yerdə gəlir. Ömər altıncı, İbrahim isə onuncu sırada durur.

“Media forum” saytı Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına istinadla 2012-ci ildə Azərbaycanda doğulmuş uşaqlara qoyulan ən populyar 20 adı təqdim edir:

Qız adları

Zəhra - 2127
Nuray - 2115
Fatimə - 1703
Aylin - 1076
Ayan - 1003
Xədicə - 935
Zeynəb - 932
Leyla - 815
Fidan - 795
Gülay - 794

Oğlan adları

Yusif - 2318
Əli - 1614
Hüseyn - 1613
Məhəmməd - 1148
Murad - 1017
Ömər - 964
Kənan - 877
Ayxan - 708
Nihad - 693
İbrahim - 681.