Yenə xala həsrət qaldılar

yene-xala-hesret-qaldilar
Oxunma sayı: 1963

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə daha 4 görüş baş tutub.

 “Zaqatala” doğma meydanda “Qaradağ Lökbatan” üzərində inamlı qələbəyə sevinib. MOİK “Kəpəz”i, “Ağsu” “Zirə”nin əvəzedicilərini məğlub yola salıb. “Sumqayıt”ın əvəzediciləri isə səfərdə “Keşlə”nin ikinci komandasına qalib gəlib.

“Kəpəz”, “Zirə-2” və “Qaradağ Lökbatan” 2 turdan sonra xala həsrətdir.

28 avqust

“Keşlə-2” - “Sumqayıt-2” - 1:2

Qollar: Murad Qayalı, 87 – Fərid Kərimzadə, 43. Elvin Nəsibov, 64.

MOİK - “Kəpəz” - 1:0

Qol: Mübarək Şaquliyev, 80.

“Ağsu” - “Zirə-2” - 1:0

Qol: Ruslan Voronsov, 87.

“Zaqatala” - “Qaradağ Lökbatan” - 3:0

Qollar: Cavad Kazımov, 34-pen. Rəhman Şabanov, 46. Ravil Yusifli, 88.

Turun digər oyunları: Neftçi-2 - Sabah-2 0:0, Qarabağ-2 - Turan Tovuz 2:0, Səbail-2 - Şüvəlan 1:2.