“Yengənin orda gözləməsinin nə mənası var?”

yengenin-orda-gozlemesinin-ne-menasi-var
Oxunma sayı: 3701

“Qız evlənmədən bakirə deyilsə, mən həmin xanımı evimə gətirmərəm. Amma həyat yoldaşı rəhmətə gedibsə, xasiyyətləri uyğun gəlməyib ayrılıbsa, problem yoxdur. Təki oğlum sevsin, qəbulumdur. Cəmiyyət indi dəyişib, belə şeylərə pis baxmır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev APA TV-nin efirində qonaq olarkən deyib. O, müasirlik və adət-ənənə mövzusunda müzakirəyə qoşulub. 

Sənətçi yengə mövzusuna toxunaraq bu ənənənin əleyhinə olduğunu qeyd edib: "Elə adət-ənənələrimiz var ki, bizə yaraşmaz. Yengə lazım deyil. Burada çox şey var, efirdə demək olmur. Onun çox biabırçı izahını verərdim... Bunlar bir-birlərini sevib evləniblərsə, onun orada gözləməsinə nə ehtiyac var?”

Manaf daha sonra ailə quran oğlu barədə danışıb: “Evim çox böyükdür. Buna baxmayaraq evlənəndə dedim ki, oğlum, ayrı qalın. Evin içində ev olmaz. Təzə cütlük rahat olsun. Elçin nazirlikdə böyük bir vəzifədə işləyir. O, Manafın oğludur. Bu səbəbdən mənim onlara müdaxiləm belə düzgün çıxmaz. Biz bir yerdə yaşasaq istər-istəməz aramızda soyuqluq yaranacaqdı. Bu başdan ayrı qalsaq yaxşıdır. Allah şahiddir ki, gəlinimi oğlumdan da çox istəyirəm. Çox gözəl insandır. Mən bu səmimiyyətin qalmasını istəyirəm”.