Yeni albomuna 1 milyon xərclədi

yeni-albomuna-1-milyon-xercledi
Oxunma sayı: 4167

Türkiyəli müğənni Ebru Gündəş 17-ci albomunu çıxarmağa hazırlaşır.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 43 yaşlı sənətçi albomun hazırlanması üçün 1 milyon lirə (təxminən 290 min manat) xərcləyib.

Bu məbləğə mahnıların alınması, studiya işləri, klip, fotosessiya, plakatlar və reklam xərcləri daxildir.

İfaçı noyabrda təqdim olunacaq albom üçün Gökhan Tepe, Ayla Çelik, Sıla, Niran Ünsal və Günay Çoban bəstə alıb.