Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikiləcək - 10,2 milyon manat ayrıldı

yeni-baki-beynelxalq-deniz-ticaret-limani-tikilecek
Oxunma sayı: 5242

Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 10,2 milyon (on milyon iki yüz min) manatı İqtisadiyyat Nazirliyinə ayrılıb.