Yeni baş katib xanım oldu

yeni-bas-katib-xanim-oldu-
Oxunma sayı: 658

AAH-nın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, toplantıda Azərbaycan Avropa Hərəkatının Prezidenti Ramin Hacılının təqdimatı əsasında İdarə Heyəti Aysel Qayıbxanovanı Baş Katib seçib. Toplantıda həmçinin AAH-nın strateji planını hazırlamaq üçün işçi qrupu yaradılıb. İşçi qrupuna rəhbər İdarə Heyətinin üzvü Gülsel Səfərova seçilib.

Qərara alınıb ki, mart ayında AAH-ın strateji fəaliyyət proqramı, saytı, Manifesti, Əsasnaməsi, Nizamnaməsi, strukturu və bütün rəhbərliyi geniş ictimaiyyətə təqdim edilsin.

Məlumat üçün qeyd edək ki, AAH-nın Baş Katibi Aysel Qayıbxanova 1989-cu ildə Xaçmaz rayonunda anadan olub. 2011-ci ildə Azərbaycan Dillər Universitetini bitirib, 2010-cu ildə BMT İctimai İnformasiya Departamentində (UN DPİ) və BMT İnkişaf Proqramında (UNDP) təcrübə keçib. 2011-ci ildə “JCİ– Azerbaijan”ın (Junior Chamber İnternational) Baş Katibi, 2010 – 2012-ci illərdə GfK (Growth from Knowledge) - ın Azərbaycandakı nümayəndəliyi BİS Co (Business İnformation Services Company) - da Lahiyə Meneceri vəzifəsində çalışmışdır. 2011 - ci ildən Azərbaycan Avropa Gənclər Parlamentinin (EYP Azerbaijan) Vitse prezidentidir. 2012 ci ilin yanvar ayından AAH-nın Konqresə Hazırlıq Komitəsində çalışır.

Sədan