Yeni baş nazirin adı bəlli oldu

yeni-bas-nazirin-adi-belli-oldu
Oxunma sayı: 658

Onların qərarına görə, yeni baş nazir Luka Papadimos olacaq.

ANS PRESS yunan dövlət televiziyası “NET”ə istinadən bildirir ki, Yunanıstanın avro zonasına girməsində əhəmiyyətli rolu ilə tanınan Lukas Papadimos 1947-ci ildə Afinada doğulub. Massaçusets Texnologiya Institutunun (MIT) fizika və iqtisadiyyat bölmələrində oxuyan Papadimos Kolumbia Universitetində müəllimlik edib. 8 il Yunanıstan Bankının idarə heyəti başçısı olan Papadimos daha sonra Avropa Mərkəzi Bankında sədr yardımcılığı edib.

Afina Akademiyasının zadəgan üzvü olan Papadimos 2010-ci ildən bu yana Papandreuya pulsuz müşavirlik edib.