Yeni “Bentley”in qiyməti bəlli oldu

yeni-bentleyin-qiymeti-belli-oldu
Oxunma sayı: 6663


“Qafqazinfo” 4charx.com-a istinadən bildirir ki, Bentley Continental GT3-R dünya premyerası bu yay Qudvud Sürət festivalında baş tutub. Britaniya markasının ən sürətli yol avtomobili Continental GT3 yarış maşını əsasında hazırlanıb. O 580-güclü 4.0 litrlik V8 mühərrik və səkkiz pilləli ZF avtomat ötürücü qutu ilə təchiz edilib. Bu aqreqatlarla kupe 0-100 km/saat sürətlənməni 3,8 saniyəyə yerinə yetirir. Avtomobilin idman kürsüləri dəri və alkantara ilə üzlənib. İnteryerin tərtibatında karbon taxmalardan və yaşıl aksentlərdən istifadə edilib.

İstehsalı planlaşdırılan 300 ədəd Bentley Continental GT3-R kupedən 99 nüsxəsi ABŞ bazarı üçün nəzərdə tutulub. Yeni modelə sifarişlərin qəbuluna artıq 337 min dollardan başlanıb. İlk alıcılar öz maşınlarını 2015-ci ilin əvvəlində alacaqlar.