Yeni cütlüyü çəkənlərə mane oldular - Qalmaqal

yeni-cutluyu-cekenlere-mane-oldular
Oxunma sayı: 2167

Türkiyədə yayımlanan “Gülizar” serialının baş qəhrəmanı Farah Zeynep Abdullah həmkarı Ahmet Rıfat Şungar ilə sevgili olub. 

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı aktrisa ötən gecə yeni sevgilisi ilə görüşüb. Onlar “Gülizar” serialının çəkildiyi “Anadolu Hisarı”nda bir araya gəliblər. Cütlük media nümayəndələrinin mövzu ilə bağlı verdikləri suala cavab verməyiblər. 

Daha sonra serial əməkdaşları onları lentə almaq istəyən müxbirlərə mane olub, böyük mübahisə meydana gəlib. 

Qeyd edək ki, Farah Zeynep keçmiş sevgilisi Caner Cindorukdan ötən il ayrılıb.