Yeni “DBS Superleggera’’-nın təqdimatı - Möhtəşəm Super GT

yeni-dbs-superleggera-nin-teqdimati
Oxunma sayı: 2128

DBS Superleggera- bir deyil, iki tanınmış brendin yenidən canlanmasının göstəricisidir. Aston Martin ilk dəfə 1967-ci ildə DBS ilə işıq üzü görən bir simvol etiketini canlandırarkən, ‘’Tourig’’-in məşhur markası olan Superleggera yenidən bir daha ‘’Aston Martin’’-nin kapotunu bəzəyəcək. İlkin olaraq DB4, DB5 və DB6 MARK 1 ilə əməkdaşlığa başlayan DBS Superleggera məşhur İtaliyan avtomobil yaradıcılarının tarixi sayılan yüngül konstruksiya texnologiyasına ehtiramla yanaşır.

“Qafqazinfo” xəbər verir ki, yeni DBS Superleggera Aston Martinin davamçısı olan Super GT-yə malikdir. Öz qaydalarına əsaslanaraq dünya birinciləri ilə mübarizə aparır. İncə şəkildə özündə heykəltaraşlıq elementləri daşıyan karbon fiber örtüklü panellərinin hazırlanmasında brend yüksək indivudual stildən ilhamlanmışdır. Aston Martinin 5.2 litrli cüt turbo V12 silindirli mühərriki epik performansa sadiq qalaraq, möhtəşəm güc, nəfəs kəsici idarə etmə torqu və qeyri-adi transmissiya performasına köklənmişdir.

Britaniya marque-nin (xüsusi avtomobil istehsal edən müəssisə) möhtəşəm yeni Super GT markası kimi DBS Superleggera tanınmış Vanquash S-i əvəz edir. Bu mübarizə üçün çox çətin bir hal olsa belə, lakin biriləri bunu etmək məcburiyyətində idi. 725PS ilə 900m fırlanma anı, maksimum sürət 211 mil və yüksək sürət ilə yalnız 3.4 saniyədə 0-62mph və 6.4 saniyədə 0-100mph-ə qədər arta bilən DBS Superleggera unudulmaz sürücülük təcrübəsi və 50-100mph ilə yalnız 4.2 saniyəyə transmissiyanın dördüncü pilləsinə qalxmağa nail olmuşdur.

DBS Superleggeranın ürəyi Aston Martinin-in 5.2 litrlik cüt turbo V12 mühərriyi hesab olunur.  Ağırlıq və çəki paylama mərkəzinin optimallaşdırılması üçün mümkün qədər aşağı və şassidən uzaq yerlər seçilmişdir, bu yüksək performans sərgiləyən mühərrik 6500 dövr/dəq-də 725 at gücü və 1800-5000-dövr/dəq-dən 900nm istehsal edir. V12-nin aktivləşdirilməsi və effektiv klapanları olan dörd quyruq boruları ilə yeni bir egzoz (qazların xaric etmə sistemi) strategiyası ilə DBS-nin ətraflı qurulması DBS Superleggeranın komanda və güclü səs xarakterinə malik olmasını təmin edir, Xüsusi ilə daha çətin dinamik rejimlərdə Super GT kimi incəlik və sükunət səviyyəsini qoruyub saxlayır.

DBS Superleggera açarsız giriş, şin təzyiqini yoxlama sistemi, 360% Parking Distance Display və Park Assist kamerası kimi standart avadanlıqların ən yüksək səviyyəsinə malikdir. Audio sistemi özündə DAB plus Bluetooth audio və telefon, iPod, iPhone və USB ilə qoşulma xüsusiyyətlərini birləşdirir. Avtomobil peyk naviqasiya sistemi və wi-fi ilə təchiz olunmuş mərkəzə malikdir.

DBS Superleggera, flaqman statusuna sahib olduğu sayəsində, qabaqcıl vəziyyətinə uyğun olaraq, yüksək səviyyəli seçimlərin fərdiləşdirilməsinə görə geniş əhatəli bir sənətkarlıq xüsusiyyəti daşıyır.Həmçinin standart sayılan aromatik dəri və Alcantra döşəmə örtüyü ilə təchiz olunur, bundan əlavə olaraq da Sport Plus oturacaqlarına və sükanına malikdir.  İki təkər dizaynı arasında seçim mümkündür, bunlardan standart sayılan ‘’Y’’ Spoke Forged Wheel və Lightweight Twin Spoke Forged Wheel təkərləridir. Hər ikisi 21 diametrli və DBS Superllegera üçün hazırlanmış Pirelli şinləri ilə təchiz olunmuşdur.

Avtomobil ön hissədən double wishbone və arxa hissədən multi-link tipli asqı sistemi ilə təchiz olunmuşdur. Adaptiv söndürmə xüsusiyyətləri standart olaraq, avtomobildə idarə etmənin üstünlüyünü aşkar edən, həmçinin sürücünün tələblərini həyata keçirən sensordur. DBS Superleggeranın geometrikası DB11dən 5mm aşağı olmaqla, ön və arxa asqılara tətbiq edilmiş geometrik əlavələrin köməyi ilə avtomobilin aerodinamikası və idarə etmənin effektivliyinin artırılmasına zəmin yaratmışdır.

Aston Martinin dizayneri William Towns tərəfindən dizayn edilən DBC, DB6-dan dramatik şəkildə uzaqlaşmışdır və markanın qabaqcıl modelini tamamlamaq üçün düşünülmüşdür. Aston Martinin məşhur altı silindirli Tadek Marek mühərrikindən (hər ikisində daimi və daha güclü “Vantage”) ilhamlanaraq aerodinamik 4 qapılı DBS modeli 1970-ci ilə qədər, DB6 ilə bərabər 3 il ərzində davamlı olaraq istehsal edilmişdir.

Aston Martinin daha agressiv tərz və yüngül karbon fiberdən hazırlanmış karkaslı yeni DBS-i 6 litrlik, 510 at gücü V12 mühərrikiylə gücləndirilib. Bu mötəşəm model saatda 190 sürət nümayişi, Aston Martinin yeni Adaptive Damping Suspension sensorlar vasitəsilə real vaxt rejimində təkərlər altındakı yolun nəzarətdə saxlanılması  və karbon seramik əyləci ilə diqqəti cəlb edir.

Başlanğıcda  6 sürətli mexaniki ötürücü qutu təqdim edilmişdi, lakin DBS-nin sonrakı versiyalarında isə mexaniki seçim və ya “TouchTronic 2” avtomatik yaradıldı. 2009-cu ildə Aston Martin DBS Volante -  ilk üstü açıq modelini  təqdim etdi. Mexaniki cəhətdən “Coupe” ilə eyni olmağı Aston Martin müştəriləri arasında dərhal məşhurlaşdı. İkinci nəsil DBS və DBS Volantenın istehsalı 2012-ci ildə dayandırıldı.

İndi isə, yeni BDS Superleggera-nın təqdimatı ilə, Aston Marti-nin ən karizmatik və ən yüksək performanslı modellərindən birini salamlayırıq.