Yeni dinozavr növü kəşf edildi - Fotolar

yeni-dinozavr-novu-kesf-edildi
Oxunma sayı: 2280

Cənubi Afrikada aparılan araşdırmalarda tapılan 200 milyon illik daşlaşmış qalığın dinozavra məxsus olduğu müəyyənləşdirilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, aparılan hesablamalara görə, həmin dinozavr daha öncə məlum olan dinozavr növlərindən fərqlənib.

Onun təxminən 4 metr hündürlüyündə və 13 ton ağırlığında olduğu ehtimal edilir. İddialara görə, öz zamanında yaşayan ən böyük heyvan növü olub.

Qeyd edək ki, yuxarıda təqdim olunan foto araşdırmaçı qrupunun tövsiyyəyi əsasında hazırlanmış həmin dinozavrın təsviridir.