Yeni doğulan şahzadənin adı açıqlandı

yeni-dogulan-sahzadenin-adi-aciqlandi
Oxunma sayı: 2309

Böyük Britaniya şahzadəsi Harri və xanımı Meqan Markl yeni doğulan oğullarına qoyduqları adı açıqlayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, taxt-tacın 7-ci varisinə Arçi Harrison Mauntbatten-Vindzor adı qoyulub. Şahzadənin titulu isə hələlik açıqlanmayıb. Kraliça II Yelizaveta da artıq nəticəsini görüb.