“Yeni doğulan uşağa görə 45 manat, buzova isə...”

yeni-dogulan-usaga-gore-45-manat-buzova-ise
Oxunma sayı: 9729

“Bu gün uşağa verilən birdəfəlik müavinət 45 manat olduğu halda bir buzova görə verilən subsidiya 140 manatdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, burada həmkarı Qüdrət Həsənquliyev uşaqların boyunun azalması, Avropda isə artımı ilə bağlı məsələni gündəmə gətirib:

“Bu məsələ dəfələrlə qaldırlıb. Xüsusən də yeni doğulan uşaqlara birdəfəlik verilən müavinətin artırılması məsələsi təklif edilib. Lakin nəticəsi olmayıb. Uşaqların boyunun aşağı olmasını belə müqayisə etmək olar. Yeni doğulan uşağa görə birdəfəlik 45 manata müavinət verildiyi halda, bir buzova görə 140 manat subsidiya verilir. Elə hər şeyi bundan görmək olar. Odur ki, bu məsələlərə baxış fəlsəfəsi dəyişməlidir. Nə qədər ki, yeni doğulan uşaqlara baxış fəlsəfəsi dəyişməyib ciddi problemlərin şahidi olacağıq”.

Günel Türksoy