Yeni doğulan uşaqların dabanından qan alınacaq - Video

yeni-dogulan-usaqlarin-dabanindan-qan-alinacaq
Oxunma sayı: 2378

Yeni doğulan bəzi uşaqlarda bir müddət keçəndən sonra anadangəlmə müxtəlif xəstəliklər ortaya çıxır. Bu xəstəliklərin sonradan qarşısını almaq isə çətin olur. 

“Qafqazinfo” “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyevin sözlərinə görə, anadangəlmə xəstəliklərin erkən diaqnostikasını həyata keçirmək üçün neonatal skrinink proqramı hazırlanıb. Proqram iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə xəstəliklərin erkən diaqnozunun qoyulması məqsədi ilə pilot layihələrin hazırlanaraq paytaxda tətbiq olunması və sonra ölkə üzrə geniş tətbiqinə başlanılması nəzərdə tutulub.
 
“Topuq daban testi” adlanan bu metod yeni doğulan uşaqların daban nahiyyəsindən qan çəkməklə həyata keçiriləcək.
 
N. Quliyevin sözlərinə görə, proqramın tətbiqi üçün müəyyən avadanlıqların ölkəyə gətirilməsi üçün müzakirələr davam edir. “Topuq daban testi” adlandırılan sistem vasitəsilə yeni doğulmuş körpələrdə heç bir əlamət verməyən, lakin gec təsbit edildiyi üçün müalicəsi çətinləşən, qalıcı fəsadlar verən bir sıra anadangəlmə irsi xəstəlikləri müəyyən etmək mümkün olacaq.