Yeni “Ekspress” qatarı xəttə buraxılıb

yeni-ekspress-qatari-xette-buraxilib
Oxunma sayı: 667

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə gör, bu barədə ADY-nın məlumatında bildirilir.

“Bu xəttə əlavə“Ekspress”in buraxılması sərnişinlərə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə həyata keçirilir”, - deyə məlumatda qeyd edilib.

QSC-dən bildirilib ki, 608-607 saylı “Ekspress” cümə günü Bakıdan Gəncəyə yola düşüb, dekabrın 10-da Gəncədən Bakıya qayıdacaq.

Bununla belə, 602-601 saylı Bakı-Gəncə-Bakı “Ekspress” qatarının hərəkət cədvəli və dövriyyəsi 608-607 saylı qatara uyğunlaşdırılaraq, Bakıdan 10.12.2011-ci il tarixdən, geriyə isə Gəncədən 11.12.2011-ci il tarixdən günaşırı hərəkətdə olacaq.

Bakı-Gəncə-Bakı “Ekspress” qatarı səhər saat 09.00-da Bakı sərnişin stansiyasından yola düşüb.

Qatar saat 16.20-də Gəncə stansiyasına çatacaq. Səhərisi gün səhər saat 09.00-da Gəncə stansiyasından yola düşəcək, saat 17.10-da Bakı sərnişin stansiyasına çatacaq.
Məlumatda bildirilir ki, ADY 602-601, 608-607 saylı Bakı-Gəncə-Bakı “Ekpress” qatarlarının

Gəncə stansiyasından səhər saatlarında yola düşməsini və sərnişin sıxlığının az olmasını nəzərə alaraq, dekabrın 10-dan etibarən 616-615 saylı Bakı-Mingəçevir istiqamətində “Ekspress” qatarını ləğv edir.

“Ekspress” qatarlar 5 vaqondan ibarətdir. Vaqonların dördü “ekonomklass” olmaqla hər biri 60, biri isə - “biznesklass” olmaqla 45 sərnişinin daşınması üçün nəzərdə tutulub.