Yeni Elantra-nı Milli yığmanın oyunçuları test-drayvdan keçirdilər

yeni-elantra-ni-milli-yigmanin-oyunculari-test-drayvdan-kecirdiler
Oxunma sayı: 1027


Əvvəla, avtomobil sənayesindəki, demək olar ki bütün son nailiyyətlər yeni Elantra-da öz əksini tapıb. Gündüz işıqlarından oturacaqların ventilyasiyası, ön və arxa oturacaqların isidilməsi, müasir multimedia sistemi, arxa oturacaqların havalandırılması, arxa görüntü kamerası, ön və arxa park radarları, ön disklərin gücləndirilmiş əyləc sistemi, 6 hava yastığı, avtopilot pultu kimi xüsusiyyətlər artıq Hyundai-ın modelləri üçün yenilik sayılmaz. Çox möhkəm polad gövdə qəza zamanı təhlükəni azaldır.

Avtomobilin rahatlıq, təhlükəsizlik və praktikiliyindən doğan emosionallıq bütün səyahət boyu sürücü və sərnişinləri tərk etmir. Əvvəlki Elantra ilə müqayisədə avtomobilin ölçülərində dəyişiklik nəzərə çarpmasa da, var – ön və arxa bamperlərin 0,5 və 1,5 sm uzanması ilə avtomobil 2 sm uzanıb. 17 düymlük ikiçalarlı təkər diskləri, xromlu haşiyələr yeni Elantra-ya premium görünüş, radiator toru, LED faralar isə hi-tech imic verir.

Avtomobilin interyerində arxa sıradakı 3,5 düymlük OLED monitoru, multifunksional sükan çarxını qeyd etməmək olmur. Flex Steer TM sükan çarxı avtomobilin sürətindən asılı olaraq, “yumşala” və ya “bərkiyə” bilir. Yeni Elantra Azərbaycana 1,8 benzin mühərriki ilə təqdim edilir.

Hyundai yeni Elantranı Azərbaycanda sınaqdan keçirən ilklər arasına milli futbol komandamızın oyunçuları Qara Qarayev və Cavid Hüseynovun adları düşüb. Avtomobil brendinin AFFA ilə tərəfdaşlığı nəticəsində milli yığmanın üzvləri yeni Elantra haqqında öz təəssüratlarını brendlə ilk bölüşənlərdən olublar. Öz növbəsində, Hyundai da xüsusi avtomobil seçiminə malik futbolçuların öz yeniliyinə münasibətini öyrənə bilib.

Hazırda digər markadan avtomobil sürdüyünü bildirən Qara Qarayev növbəti avtomobilinin məhz Hyndai-dan olacağını deyib. İdmançı buna səbəb kimi başqa brendlərin üst modelləri üçün tətbiq etdiyi xüsusiyyətlərin Hyundai-ın hətta ən aşağı modellərində belə əks olunduğunu qeyd edib.

Qeyd edək ki, Hyundai brendini Azərbaycanda Auto Azərbaycan şirkəti təmsil edir.