Yeni gənclər klubu yaradıldı

yeni-gencler-klubu-yaradildi
Oxunma sayı: 644

Klub müxtəlif tədbirlərlə sosial işlərdən uzaq qalan gənclərə vətəndaş cəmiyyətinin fəal üzvü olmağı aşılayacaq, rəngarəng maarifləndirici layihələrlə onlara hüquq və vəzifələrini öyrədəcək, eyni zamanda, mühüm mövzularla bağlı gəncləri bilgiləndirəcək. “İdeya”da təşkil olunacaq film nümayişləri, müxtəlif kitab təqdimatları, debatlar üzvlərdə müzakirə mədəniyyətinin yaradılması məqsədini daşıyır.

Fəaliyyəti dövründə klub üzvlərinin hazırlayacağı reportajlar, məqalələr onlarda həm sosial media alətlərindən istifadə bacarığını artıracaq, həm də qaranlıq qalan və qeyri-ənənəvi mövzuların üzə çıxarılmasında vasitəçi olacaq.
Sədan