Yeni gömrük-keçid məntəqəsi tikiləcək

yeni-gomruk-kecid-menteqesi-tikilecek
Oxunma sayı: 2575

“Azərbaycanda yeni gömrük-keçid məntəqəsi tikiləcək". 

"Qafqazinfo" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin  Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

O bildirib ki, yeni gömrük-keçid məntəqəsi Rusiya ilə sərhəddə tikiləcək: "Yeni gömrük buraxılış məntəqəsi Xaçmaz Gömrük İdarəsinə aid "Xanoba" gömrük-keçid məntəqəsi olacaq".

A. Abbasov qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır. 

Günel Türksoy