Yeni günəş panelləri artıq istiliyi kosmosa göndərəcək

yeni-gunes-panelleri-artiq-istiliyi-kosmosa-gonderecek
Oxunma sayı: 1144

ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları Günəşdən işıq toplayaraq onu elektrikə çevirən və artıq qalan istiliyi kosmosa göndərən günəş panelləri hazırlayıblar.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, yeni prototip radiasiya soyutma qurğusunu adi günəş paneli ilə birləşdirmək üçün edilən ilk cəhddir.

Hibrid texnologiya Günəş işığını udur və havaya infraqırmızı şüalar buraxır. Qurğu silisium nitridi, silisium və alümin qatlarından hazırlanan vakuumlu yumru radiasiya soyuducusunun üstündə yerləşən kompakt disk ölçüsündə adi Günəş şüalarını udan barmaqlıqdan ibarətdir. Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, günəş paneli infraqırmızı şüalanma üçün şəffafdır, bu səbəbdən o, Günəş işığının əsas hissəsini udan zaman 3-13 mikrometr dalğa uzunluğunda infraqırmızı işıq korpusun içindən keçərək kosmosa atılır.

Tərtibatçıların sözlərinə görə, gələcəkdə qurğu eyni anda enerji istehsal edərək ona qənaət etməklə işığın iki müxtəlif xüsusiyyətinə nəzarət edəcək. Bu prinsip radiasiya soyutması adlanır: istənilən obyekt, o cümlədən bina və ya insan bədəni istiliyi infraqırmızı işıq şəklində şüalandırır. Obyektlər bunu edən zaman onlar istiliyi istilik şüalanması nəticəsində eyni anda itirirlər. İstilik istixana effektini gücləndirməklə toplanır. Yeni günəş batareyaları artıq istiliyi aradan qaldıraraq onu kosmosa göndərməklə qlobal istiləşmə ilə mübarizə üsulu ola bilər.