“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar nazir Lütfü Elvan İstanbulda inşa edilən üçüncü hava limanının adının "Rəcəb Tayyib Ərdoğan" olacağını açıqlayıb:
“12 ildir Rəcəb Tayyib Ərdoğan bu ölkənin inkişafında çox əhəmiyyətli rol oynayır.bunu xalq da təsdiq etdi. Onun üçün nə edilsə, azdır. Bəli, yeni hava limanına “Rəcəb Tayyib Ərdoğan” (RTƏ) adı veriləcək”.