“Yeni hökumətdə yaltaqlar üçün yer olmayacaq”

yeni-hokumetde-yaltaqlar-ucun-yer-olmayacaq
Oxunma sayı: 2000



"Qafqazinfo" “Media forum”a istinadən xəbər verir ki, Məhəmmədrza Nemətzadə deyib ki, yeni qurulacaq “ümid” və “tədbir” hökumətində vəzifə tutacaq şəxslərin daha çox elmi səviyyə və ixtisasına üstünlük veriləcək:

“Son prezident seçkisi ölkənin dini liderinin istəyini gerçəkləşdirməklə yanaşı həm də ölkənin beynəlxalq imic və qürurunu artırdı. Yeni hökumətdə ikiüzlülərlə yaltaqlara, yalan və riyakarlığa yer olmayacaq, problemlərə ürək yanğısı ilə yanaşanlara üstünlük veriləcək”.