Yeni icra başçısı bank sədrinin qardaşıdır - Yenilənib

yeni-icra-bascisi-bank-sedrinin-qardasidir
Oxunma sayı: 19129

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinə  Elxan Allahverdiyevin başçı təyin edilməsi barədə sərəncam imzalayıb. 

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, E. Allahverdiyev bank sahəsində çalışıb.

O, həmçinin Kapital Bankın İdarə Heyətinin  sədri Rövşən Allahverdiyevin qardaşıdır.

Günel Türksoy

(Fotoda Rövşən Allahverdiyevdir)

***

Kapital Bank-ın sədri Rövşən Allahverdiyev Modern.az-a açıqlamasında qardaşı Elxan Allahverdiyevin Binəqədi rayon icra başçısı təyin olunmasına münasibət bildirib.

Elxan Allahverdiyevin Fövqəladə Hallar Nazirliyində çalışmasına gəlincə, Rövşən Allahverdiyev bunun doğru olmadığını deyib.

“Elxan Allahverdiyev heç vaxt Fövqəladə Hallar Nazirliyində çalışmayıb. Bəzi mətbuat səhifələrində yazılanlar doğru deyil. Elxan Allahverdiyevin sonuncu iş yeri tikinti şirkətində rəhbər vəzifə olub”.

Məlumat üçün bildirək ki, Binəqədi rayon İcra Hakimiyyətinin yeni başçısı Elxan Allahverdiyev 1960-cı ildə Bakıda doğulub. Bakı Dövlət Universitetini bitirib.