“Qafqazinfo” xəbər verir ki, bu haqda “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
İnterfaks agentliyinin məlumatına görə, fişənglər eyni vaxtda 400 meydançadan atılacaq, xüsusi effektlərlə və musiqi ilə sinxronlaşdırılacaq. Tədbirin təşkilatçıları fişənglər vasitəsilə səmada qartal fiquru yaratmağı və günəşin doğmasını əks etdirməyi planlaşdırırlar.
Bundan əlavə, Dubay pirotexnikanın köməyi ilə milli bayrağın ən böyük əksini yaratmaqla, bu sahədəki rekordu da təzələyə bilər. Belə ki, yeni il gecəsi şəhər üzərində 30 min kvadratmetr sahədə Birləşmiş Ərəb Əmirliklərinin milli bayrağı bərq vuracaq.
Telekanalın məlumatına görə, pirotexnika üzrə 200-dən çox mütəxəssis tərəfindən hazırlanan şou şəhərin Cumeyra rayonunda nümayiş olunacaq.