Yeni il gecəsi Bakı metrosu necə işləyəcək?

yeni-il-gecesi-baki-metrosu-nece-isleyecek
Oxunma sayı: 639

Onun sözlərinə görə, həmçinin böyük sayda sərnişin axınına xidmət etmək üçün xətlərə əlavə vaqonlar buraxılacaq.

Adətən saat 00:00-dək fəaliyyət göstərən Bakı Metropoliteninin iş müddətinin uzadılması məsələsinə toxunan İsayev qeyd edib ki, Yeni il gecəsi sərnişinlərə xidmətdə vaxt məhdudiyyəti olmayacaq.

"Əvvəlki illərin təcrübəsi göstərir ki, adətən böyük sərnişin axını yanvarın biri saat 01:00-dək olur. Bundan sonra sərnişin axını kəsilir", - İsayev bildirib.

Onun sözlərinə görə, Bakı Metropoliteni Yeni il gecəsi müşahidə olunacaq istənilən sərnişin axınını təmin etməyə hazırdır.