Yeni il tətili bitdi - Avtovağzallarda sıxlıq yarandı

Yeni il tətili bitdi
Oxunma sayı: 1044

Yeni il tətilində bölgələrə gedənlər bu gündən artıq paytaxta üz tuturlar. Bu səbəbdən avtovağzallarda sıxlıq olub. Bilet almaq üçün son günədək gözləyənlər çətinliklə üzləşiblər.

“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, tətili bölgələrdə keçirənlərin geri qayıtması avtovağzallarda sıxlığa səbəb olub.

Gəncədən paytaxta yola düşmək istəyənlərin sayının kəskin artması avtovağzal rəhbərliyini əlavə tədbirlər görməyə vadar edib.

Uzun zamandır bu yolları avtobusla gedib gələnlər də artıq tətillərdə yaranan sıxlıqdan xəbərdardır. Buna görə də əksər sərnişinlər bileti əvvəlcədən alıblar.
Tətillə əlaqədar olaraq cənub bölgəsindən paytaxta üz tutanların sayı da adi günlərlə müqayisədə bir neçə dəfə artıb. Lənkəran rayonlararası avtovağzalından Bakıya eləcədə digər şəhər və rayonlara getmək istəyənlər çətinliklə üzləşiblər.

Avtovağzaldan bildirildi ki, sərnişin sıxlığını aradan qaldırmaq üçün reysə gün ərzində əlavə 10-11 marşrut buraxılıb.

Qiymətlərə gəlincə, avtovağzal rəsmisi süni qiymət artımına nəzarət edildiyini, gediş haqqının adi günlərdə olduğu kimi 5 manat olduğunu bildirib.

Zaqatala şəhərlərarası Rayon Avtovaqzalında da adi günlərlə müqayisədə gediş-gəliş artıb.sərnişinlərin ən çox sıxlığı Bakı marşurutu istiqamətində hərəkət edən avtobuslarda müşahidə edilib. bilet almaq üçün son günədək gözləyənlər çətinliklə üzləşiblər.

Yanvar ayının 2- sindən sərnişin sıxlığı müşahidə edildiyindən Zaqatala-Bakı marşurutu üzrə xəttə əlavə 5 nəqliyyat vasitəsi buraxılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi